Fujichrome Provia 100f slayd lentinə baxış
Fujichrome Provia 100f slayd/pozitiv lentinə baxış
Bir çox fotoqraflar slayd lentlərinin indiki dövrdə tam mənasız olduğunu söyləyir. Onlar iddia edir ki, bütün lentlərin skan olunan bir dövrdə lentin neqativ və ya pozitiv olması əhəmiyyət kəsb etmir. Lakin, mən bu fikirlə tam razı deyiləm. Yeri gəlmişkən, positiv lentin əsas cəhəti lentin üzərində hazır rəngli ekspozisiyanın olması, və lenti diaproyektor vasitəsi ilə nümayiş etdirmə imkanıdır. Zənnimcə Sovet vaxtından qalma proyektorda öz əl işinə baxmaq, və ya çəkilən lentlərinizin hər ekspozisiyasını ayrı səliqəli çərçivədə saxlamaq, və işığa tutduqda aydın şəəkil görmək sizi Nirivanya daha da yaxın edir.
İndi isə bir qədər texniki göstərici və nəticələrdən danışaq. Provia 100f adından göründüyü kimi 100 ISO göstəricili möhtəşəm Professional Fuji lentidir. Aşağı ISO sayəsində yüksək itiliyə malik, azdənəcikli nəticə əldə etmək olur. Slayd lentləri arasında hələ ki ən yaxşı lent olmasına baxmayaraq, itilikdə Kodak Ektar 100 lentinə hələ də çatmadığını vurğulamalıyam. Kodakın tezliklə geri qaytaracağı Ektachrome 100 slayd lentinin dah gözəl olması və Fujifilmə güclü rəqib olması gözlənilir.
Ümumilikdə bütün slayd lentlərinin bir mənfi cəhəti var ki, o da ekspozisiya səhvlərinə iti reaksiya verməsidir. Əgər siz diafraqma və ya sürgü sürətini düz kökləməmisinizsə bu zaman səhvinizdən asılı olaraq xırda uyğunsuzluqdan belə çox işıqlı, və ya qaranlıq şəkil əldə edə bilərsiniz. Neqativ lentlər eyni dərəcəli səhvlərə daha yumşaq reaksiya verdiyindən qeyri-professional fotoqraflar slayd ilə çətinlik çəkir. Lakin düzgün işləyən eksponometr ilə hər kəs arzu olunan nəticəni əldə edə bilər.
Aşağıdakı şəkil, yol verdiyim yüngül səhv ucbatından çox işıqlı alınan ekspozisiyanın baris nümunəsidir.
Bütün çətinliklərə baxmayaraq, həldə də slayd lentlərin xüsusi estetikaya malik olduğuna inanıram. Təəssüflər olsun ki, Azərbaycanda keyfiyyətli slay aşkarlama yeri yoxdur. Amma ümid edirəm ki, tez bir zamanda bu problem də öz həllini tapar.

Comments
Post a Comment