Bakıda lenti harada aşkarlamaq və skanlamaq olar? | Where you can develop and scan your films in Baku?
Keyfiyyətli analoq şəklin
alınmasında düzgün ayarlama ilə yanaşı, lentin yuyulması çox mühüm rol oynayır.
Bakıda çox az foto atelyelərdə lentin yuyulması xidməti göstərilir. Ağ-qara
lentin yuyulması bir qayda olaraq əsasən əl yuyulması, rəngli lent isə həm əl,
həm də maşın yuyulması ilə keçirilir. Bakıda isə ancaq bir foto atelyedə maşın
yuyulması təklif olunur. Bu barədə bir qədər sonra.
Rəngli
lentlər quruluşca mürəkkəb olub 4 fərqli rəngli emulsiya qatına malikdir:
qırmızı hissiyatlı emulsiya, yaşıl hissiyatlı emulsiya, sarı hissiyatlı
emulsiya və göy hissiyatlı emulsiya qatı. Mürəkkəb quruluşuna müvafiq olaraq, rəngli
lentin yuyulması üçün daha çox növ kimyəvi yuyucular və rəngli fiksator maddəsi
tələb olunur. Müəyyən ardıcıllıqla, işıq dəymədən rəngli lent bir neçə kimyəvi
maddə ilə yuyulur və bütün proses boyu müvafiq temperatur saxlanılmalıdır.
Prosesin müddəti temperaturdan asılı olaraq dəyişir, və saniyənin belə böyük əhəmiyyəti
var. Rəngli lentlərin çətin yuyulmasına görə, bu lentləri əl ilə yuyulmaqla hər
professional kefiyyətli nəticə əldə etmir. Bu səbəbdən də, rəngli lentlərin
yuyulması üçün maşın yuyulması ən sərfəli, optimal və kefiyyətli metod sayılır.
Maşın yuyulması zamanı bütün maddələrin miqdarı, temperatur və müddət tam
avtomatik formada, dəqiqliklə təmin olunur.
Ağ-qara
lentlər öz rəngli qardaşlarından fərqli olaraq quruluşca sadə olub, yalnız bir
emulsiya qatına malikdir. Uyğun olaraq ağ-qara yuyucu maddə və fiksator ilə
yuyulmanı daha asan həyata keçirmək olar. Lakin bu proses zamanı da temperatur
və müddət eyni cür mühüm hesab edilir. Ona görə, öz lentinizin yuyulmasını
yalnız profesionallara etibar edin.
Bakıda
əvvəl dediyim kimi çox az yerdə lentinizi yuya bilərsiniz. Hətta belə yerlərin
azlığından istifadə edib spikulyantlıq edənlər də var. Artıq söylədiyim kimi
Bakıda ancaq bir yerdə Rəngli lentlərin maşın yuyulması, ağ-qara lentlərin
professional əl yuyulması və hər iki növ lentin professional skanlanması xidmətini
göstərən foto laboratoriya var. Sözü gedən foto laboratoriya Yasamal rayonu, Şərifzadə
69 küçəsində (ATS-in yaxınlığı) yerləşən, uzun illərdir fəaliyyət göstərən köhnə
“Kodak” dükanından gedir. Uzun illərdir özünü bu işə həsr edən Azad müəllim hər
zaman öz müştərilərini kefiyyətli yuyulma və skan ilə sevindirməyə hazırdır.
Artıq
söylədiyim kimi, yuyulma kefiyyətli nəticənin əldə olunmasında mühüm rol
oynadığından, öz lentinizi yalnız təcrübəli və etibarlı professionala təqdim
edin.
ENG
For achieving high quality
analog photo, developing process is as important as correct setting.
Unfortunately there are only few photo labs or shops in Baku where you can
develop your film. As a rule, black & white films usually being developed by
manual method, but color film can be developed by both methods, manual and
machine. Machine developing are offered only in 1 photo lab in Azerbaijan, we
will talk about it later in this article.
Color
film has difficult structure with 4 different color emulsion layers: red,
green, yellow and blue sensetive emulsion layers. Because of difficult
structure and number of different color emulsion layers, there is need for more
chemicals and special color fixer during developing process of color films
rather than their black & white brothers. In correct order, color film
should be developed in different chemicals, with correct temperature and
duration in full darkness. Even small changes in temperature or duration will
result with low quality photos or you will lose your film totally. Even
experienced professionals hardly can get high quality color film results, because
of hard process of color development. That is why, machine developing are
considered the only best way for correct development of color films.
Black
& White films have easier structure and only one emulsion layer. So, there
is need only for 2-3 chemicals to develop black & white film. However, it
is still utmost important to have correct temperature, duration and chemical
mixture. So, believe only experienced and responsible professionals.
As
I mentioned before, only in few photo labs you can develop your film. There is
even some speculators on the market. Only one lab offers cheap and high quality
machine developing. In this photo center beside digital photo services, you can
enjoy color machine development, black & white hand development, high
quality scan and high quality ink-free print services for very cheap price. Of
course I am talking about old “Kodak” shop near Yasamal ATS, on Sharifzade st.
69. The professional Mr. Azad Aliyev is always ready to welcome his guest and
provide them with the highest quality digital and analog services.
Developing
is very important in achieving highest results, so use services provided only
by professionals.




salam. Azad müəllimin kodak'ı hələ də fəaliyyət göstərir?
ReplyDeleteHello!
ReplyDeleteI am traveling to Baku for 4 months and your blog is of great help! I was wondering if you know any place where I could find 110 film. Thanks for your help in advance
Salam."kodak" dükanı indi varmı?
ReplyDelete