Arista EDU Ultra 400 ağ-qara lentinə baxış | Review for Arista EDU Ultra 400 film



Arista EDU Ultra 400 ağ-qara lentinə baxış
Lent fotoqrafiyasında ən vacib məqamlardan biri də düzgün lent seçimidir. Əvvəlki illərə nisbətən indi seçim bir qədər az olsa da, hələ də genişdir. Bu dəfə yaxın zamanda istifadə etdiyim Arista EDU Ultra 400 ağ-qara lentindən danışacağam.
Arista EDU Ultra 400 ağ-qara lenti Çexiyanın Foma şirkəti tərəfindən istehsal olunan hər məqsədli, keyfiyyətli, ağ-qara lentdir. ISO 400 göstəricisi lenti  zəif işıqlı yerlərdə və hətta axşam vaxtı istifadəyə yararlı edib onu praktik bir xidmətçiyə çevrilir. Arista EDU Ultra model cərgəsi ISO 200 və 400 versiyalarında istehsal olunur. Bu lenti alarkən, bir qədər baha olan Kodak T-MAX 400 lentinin əvəzləyicisi kimi nəzərdə tutmuşdum. Amma ki, Arista şirkəti Amerikanın Kodak keyfiyyətini hələ ki yaxın deyil. Yoxladığım ISO 400 versiyalı Arista lentinə alınan şəkillər öz böyük dənəcikləri ilə seçilir. Bu da şübhəsiz ki,lentin bir qədər aşağı keyfiyyətli olduğunu söyləyir. Buna baxmayaraq, əgər siz retro effektlərin həvəskarısınızsa, əmin olun ki Arista lentlərinə çəkdiyiniz şəkillər keçmişdə çəkilən ağ-qara şəkil effektini verə biləcək. Ümumilikdə onu söyləmək istərdim ki, Arista EDU Ultra 400 lentləri əslində yaxşı lentdir, sadəcə bir qədər artıq məbləğə Kadak T-MAX ala biləcəyimizi nəzərə alsaq, Arista lentlərini seçmək məqsədəuyğun hesab edilə bilməz.
Qiymətə gəldikdə Arista EDU Ultra 400 ağ-qara lentini Amerikanın online mağazalarından 4-5 ABŞ Dolları + yol xərci dəyərinə əldə etmək mümkündür.
Aşağıda ZENIT 11 kamerası ilə Arista EDU Ultra 400 lentinə çəkilmiş bir neçə nümunələri təqdim edirəm. (müəllif: Mikayıl M. Məmmədov)









Above: Captured on ZENIT 11 on Arista EDU Ultra 400 Black & White film. (Author: Mikayil M. Mammadov)
Review for Arista EDU Ultra 400 Black & White film
One of the main factors in analog photography is the choice of film. In the past, there were more films to choose, however, there is still wide range to choose from. This time I am going to talk about the film that I used in near past.
Arista EDU Ultra 400 is B&W film produced by Czech manufacturer Foma. ISO 400 indicator make possible to use this film in both normal, and low light conditions, and even at evening time, so it is more practical. There are ISO 200 and 400 versions of Arista films. Actually, I bought Arista as a slightly cheaper alternative of Kodak T-MAX 400. However, Arista is not even close to American quality of Kodak, it has biggest grain. So, if you like retro effects, note that Arista EDU Ultra will give you effect of old B&W photos. Generally, I may say that Arista EDU 400 is normal B&W film, but it is not logical to get one if you can get Kodak T-MAX 400 by spending 1 more Dollar.
You may buy Arista EDU Ultra 400 films on US online shops for about 4 USD + shipping cost.


Comments