Fujifilm Superia X-TRA 400 rəngli neqativ lentinə baxış | Review for Fujifilm Superia X-TRA 400 color negative film
Lent fotoqrafiyasında ən vacib məqamlardan biri də düzgün lent seçimidir. Əvvəlki illərə nisbətən indi seçim bir qədər az olsa da, hələ də genişdir. Bu dəfə yaxın zamanda istifadə etdiyim Fujifilm Superia X-TRA 400 lentindən danışacağam.
Superia Yaponiyanın Fujifilm şirkəti tərəfindən istehsal olunan hər məqsədli, keyfiyyətli və daha da rəngarəng lent cərgəsidir. ISO 400 göstəricisi lenti zəif işıqlı yerlərdə və hətta axşam vaxtı istifadəyə yararlı edib onu praktik bir xidmətçiyə çevrilir. Superia model cərgəsi əsasən ISO 200, 400, və 800 versiyalarında istehsal olunur. Həvəskar lenti hesab olunmasına baxmayaraq professional nəticə əldə etmək kifayət qədər asan ola bilər. Ümumilikdə onu söyləmək istərdim ki, Superia lentləri həm təcrübəli lent həvəskarları üçün, həm də analoq fotoqrafiyasına yenicə qədəm qoyan həvəskarlar üçün optimal seçimdir. Buna əsas səbəb nisbətən ucuz qiymətlə yanaşı yüksək keyfiyyətdir. Öz adımdan onu söyləyə bilərəm ki, Superia X-TRA 400 lenti gecə çəkilişi zamanı göstərdiyi performansı ilə məni pozitiv mənada təəccübləndirdi. Nöqtələrinin sayı Kodak Portra ilə müqayisə olunacaq qədər az olmasa da, ISO 400 üçün heç də pis deyil. Yaxın zamanda Çexiya istehsalı olan Arista EDU 400 Ultra ağ-qara filmini və Kodak Portra filmini test edəcəyəm.
Qiymətə gəldikdə Fujifilm Superia X-TRA 400 lenti Amerikanın online mağazalarında 6-9 ABŞ Dolları + yol xərci dəyərinə əldə etmək mümkündür.

Aşağıda ZENIT 11 kamerası ilə Fujifilm Superia X-TRA 400 lentinə çəkilmiş bir neçə nümunələri təqdim edirəm. (müəllif: Mikayıl M. Məmmədov)
Above: Captured on ZENIT 11 on Fujifilm Superia X-TRA 400 color negative film. (Author: Mikayil M. Mammadov)
Review for Fujifilm Superia X-TRA 400 color negative film
One of the main factors in analog photography is the choice of film. In the past, there were more films to choose, however, there is still wide range to choose from. This time I am going to talk about the film that I used in near past.
Superia is film model line produced by Japanese manufacturer Fujifilm. ISO 400 indicator make possible to use this film in both normal, and low light conditions, and even at evening time, so it is more practical. There are usually ISO 200, 400, and 800 versions of Superia films. Although it is amateur film, it is not so difficult to get professional result. I would say that Superia is good choice for both, experienced analog photographers, and beginners because of its cheap price. It is good film on the way from amateur to professional film. Personally, I was amazed by it's performance on dark conditions, and how low was grain. However, it is hard to compare it to performance of Kodak Porta which I am planning to test in coming month.
You may buy Fujifilm Superia X-TRA 400 films on US online shops for 7-9 USD + shipping cost.

Comments
Post a Comment