KODAK T-MAX 100/400 AĞ-QARA NEQATİV LENTİNƏ BAXIŞ | REVIEW OF KODAK T-MAX 100/400 B&W NEGATIVE FILM
Kodak T-MAX 100/400 ağ-qara neqativ lentinə baxış
Hazırda istehsalatda olan lentlərin çox hissəsini
ağ qara lentlər təşkil edir. Bunun səbəbi ağ qara lentlərin quruluşca sadə və
istehsal cəhətdən asan və az xərc tələb edən olmasıdır. Seçimin çoxluğu səbəbindən
bir çox həvəskarlar düzgün və keyfiyyətli lenti tapmaqda çətinlik çəkirlər. Bu
dəfə sizə, zənnimcə istehsal olunan ən keyfiyyətli və ən çox çalarla malik, dünyanın
ən az dənəcikli ISO 400 lenti olan Kodak T-Max 400 barədə danışacağam.
Kodak şirkəti ən böyük lent istehsalçısı
hesab olunur. Kodak Lentləri əsasən ABŞ istehsalı olur. 2012-ci ildən bəri
Kodak Alaris adı altında Kodak fotolent fəaliyyətinə yeni nəfəslə davam etdi.
Kodak-ın və bir sıra müstəqil mütəxəssislərin söylədiyinə görə Kodak T-MAX
dünyanın ən iti və çalarlı ağ-qara lentidir. Kodak T-MAX 35 mm (24/36 exp.; 100’)
və 120 mm formatlarında, ISO 100 və 400 seçimi ilə mövcuddur. Rəqiblərin bir
çoxlarını araşdırdıqdan sonra Kodak ilə razılaşmaq qərarına gəldim. Həqiqətən də
Kodak T-MAX təsvir olunduğu kimi möhtəşəm lentdir. Kontrast və dəqiqlikdə rəqibinin
olmadığını əminliklə söyləyə bilərəm. Sözügedən lentin həm ISO 100, həm də 400
versiyasını sınamışam. Şübhəsiz ki, ilk sadaladığım versiya daha dəqiq və iti nəticələr
vermişdi. Amma, onu söyləməliyəm ki, ISO 100 ancaq açıq və işıqlı yerlər üçün
uyğundur. Nisbətən kölgə yerlərdə istənilən nəticəni almaq çətin olur. Ona görə
də üzümü Kodak T-MAX 400 modelinə tutdum. Ən çox bəyəndiyim xüsusiyyət kontrast
və detallar oldu. Lentin özü, rəqiblərinə nisbətən yüksək kontrastlıdır və çəkiliş
ya aşkarlama zamanı sadə addımlarla kontrastı bir qədər də artırmaq olar. Amma
istənilən kontrastla T-MAX detalları ən dərin dəqiqliklərinə kimi lentə almağa
qadirdi. Onu da vurğulayım ki, Kodak T-MAX prefessional lent kateqoriyasına aid
olub, Arista EDU, Ilford və bir sıra digər rəqiblərindən yüksək xüsusiyyətlərinə
görə üstündür. T-MAX modeli bütün digır Kodak modelləri kimi ABŞ istehsalı olub.
Qiymətə gəldikdə isə sayından asılı olaraq
bakıya çatdırılma ilə birgə 12 – 25 manat arası təşkil edir. Bazarda mövcud digər
ekvivalentlərlə keyfiyyət və qiymıti müqayisə etsək, yuxarıda hesablanmış qiymət
alınacaq nəticə üçün kifayət qədər sərfəlidir.
Aşağıda ZENIT 11 kamerası ilə Kodak T-MAX
400 lentinə çəkilmiş bir neçə nümunələri təqdim edirəm. (müəllif: Mikayıl M. Məmmədov)
Here are some examples captured by 1987
ZENIT 11 (objective: Helios 44-m-4) on Kodak Ektar 100. (author: Mikayıl M. Mammadov)
Review of Kodak T-MAX 100/400 B&W
negative film
Currently, there are more Black and White films in production
than Color films. The reason is the simple structure and cheaper production of B&W
films. The large range of available models makes
it hard for beginners to choose the best
and needed film model. So, I decided to talk today, about the best, in my
opinion, B&W film, the most “colorful” B&W film with the finest grain in ISO 400 category – Kodak T-MAX
400. Kodak is the largest film manufacturer in the world. Kodak films are usually manufactured
in the United States. From 2012, Kodak continued its photo-film production under the name “Kodak Alaris” with a new
breath. My claims about the finest grain
and highest quality are supported
by both, Kodak and independent specialists. Kodak T-MAX is available in 35 mm (24/36
exp.; 100’) and 120 mm formats, in ISO 100 and 400 versions. After researching and
testing several competitors of Kodak T-MAX
İ decided to agree with the statements of specialists and advertisement
phrases of Kodak. In comparison to ISO 100 version, Kodak T-MAX 400 has better
contrast. In total, I love Kodak T-MAX because of its fine grain, ideal
specifications that make it possible to capture each and every possible detail and keep the high quality and needed
contrast. By doing very simple steps while capturing photo and/or developing
films, you can also increase contrast. Kodak T-MAX is the member of Kodak
Professional line-up and has much higher positions than its competitors like
Arista EDU, Ilford, etc.
The price of this beautiful film is about 5-7
USD in US or 12 – 25 AZN depending on quantity, in Azerbaijan. But the results
you will achieve while using this film properly will be more than just
satisfactory for the mentioned price.












Comments
Post a Comment