Fujicolor 200 rəngli neqativ lentinə baxış | Review for Fujicolor 200 color negative film



Fujicolor 200 rəngli neqativ lentinə baxış

Lent fotoqrafiyasında ən vacib məqamlardan biri də düzgün lent seçimidir. Əvvəlki illərə nisətən indi seçim bir qədər az olsa da, hələ də genişdir. Bu dəfə analoq fatoqrafiyasına ilk başlayanda istifadə etdiyim Fujicolor 200 lentindən danışacağam.
Fujicolor Yaponiyanın Fujifilm şirkəti tərəfindən istehsal olunan həvəskar lent cərgəsidir. ISO 200 göstəricisi lenti həm güclü, həm də bir qədər zəif işıqlı yerlərdə istifadəyə yararlı edib onu praktik bir xidmətçiyə çevrilir. Fujicolor model cərgəsi əsasən ISO 100, 200, və 400 versiyalarında istehsal olunur. Həvəskar lenti hesab olunduğundan professional nəticə əldə etmək kifayət qədər çətin ola bilər. Ümumilikdə onu söyləmək istərdim ki, Fujicolor lentləri təcrübəli lent həvəskarları üçün doğru seçim deyil, lakin analoq fotoqrafiyasına yenicə qədəm qoyan həvəskarlar üçün ən optimal variantdır. Buna əsas səbəb ucuz qiymətdir. Onu da əlavə etmək istərdim ki, Fujifilm şirkətinin Superia adlı model cərgəsi də var ki, eyni Fujicolor lentlərinin professional versiyası hesab olunur (bu lentə baxışı növbəti postda paylaşacağam).
Qiymətə gəldikdə Fujicolor 200 lentlərini Azərbaycanda 10 manat civarında, Şərifzadə küçəsində yerləşən “Kodak” dükanından  əldə etmək olar. Eyni lenti Amerikanın online mağazalarında 5 ABŞ Dolları + yol xərci dəyərinə əldə etmək mümkündür. 

Aşağıda ZENIT 12 CD kamerası ilə Fujicolor 200 lentinə çəkilmiş bir neçə nümunələri təqdim edirəm. (müəllif: Mikayıl M. Məmmədov)






Here are some examples captured by ZENIT 12 CD (objective: Helios 44-m-4) on Kodak Ektar 100. (author: Mikayıl M. Mammadov)


Review for Fujicolor 200 color negative film
One of the main factors in analog photography is the choice of film. In the past, there were more films to choose, however, there is still wide range to choose from. This time I am going to talk about the film that I used first in my analog experience.
Fujicolor is film model line produced by Japanese manufacturer Fujifilm. ISO 200 indicator make possible to use this film in both normal, and low light conditions, so it is more practical. There are usually ISO 100, 200, and 400 versions of Fujicolor films. It is amateur film, so it is difficult to get professional result out of this film. I would say that Fujifilm is not correct choice for experienced analog photographers, however it is optimal choice for beginners because of its cheap price. I should also mention that, there is Superia model line by Fujifilm, which is professional edition of Fujifilm line with better specification and highest quality.
You may buy Fujifilm 200 film from “Kodak” Shop on Sharifzade street, Baku for just 10 AZN. You also can find it on USA online shops for 5 USD + shipping cost

Comments