Kodak Ektar 100 rəngli neqativ lentinə baxış | Review of Kodak Ektar 100 color negative film



Kodak Ektar 100 rəngli neqativ lentinə baxış
Lent fotoqrafiyasında ən vacib məqamlardan biri də düzgün lent seçimidir. Əvvəlki illərə nisətən indi seçim bir qədər az olsa da, hələ də genişdir. Bu dəfə çox müddətdir işlətdiyim Kodak Ektar 100 lentindən danışacağam.
Kodak şirkəti ən böyük lent istehsalçısı hesab olunur. Kodak Lentləri əsasən ABŞ istehsalı olur. 2012-ci ildən bəri lent istehsalı Kodak Alaris şirkəti olaraq fəaliyyətinə yeni nəfəslə davam etdi. Kodak-ın və bir sıra müstəqil mütəxəssislərin söylədiyinə görə Kodak Ektar 100 dünyanın ən iti və rəngarəng fotolentidir. Adından göründüyü kimi ISO göstəricisi 100 olan Ektar-ın hazırda Avropa istehsalı olan Agfa 100, Yaponiya istehsalı Fujifilm-in 100 ISO-lu modelləri kimi rəqibləri mövcuddur. Rəqiblərin bir çoxlarını araşdırdıqdan sonra Kodak ilə razılaşmaq qərarına gəldim. Həqiqətən də Ektar 100 çox keyfiyyətli, iti və rəngarəng modeldir. ISO 100 olduğundan əsasən işıqlı ekspozisiyalar üçün istifadə olunur. Standart C-41 yuyulması ilə aşkarlanır.
Qiymətə gəldikdə isə sayından asılı olaraq bakıya çatdırılma 16 – 26 manat arası təşkil edir. Yüksək qiymətə baxmayaraq əldə edəcəyiniz nəticə qiymətə uyğundur.

Aşağıda ZENIT 12 CD (obyektiv: Helios 44-m-4) kamerası ilə Kodak Ektar 100 lentinə çəkilmiş bir neçə nümunələri təqdim edirəm. (müəllif: Mikayıl M. Məmmədov)
Here are some examples captured by ZENIT 12 CD (objective: Helios 44-m-4) on Kodak Ektar 100. (author: Mikayıl M. Mammadov)





Review of Kodak Ektar 100 color negative film
One of the main factors in analog photography is the choice of film. In the past, there were more films to choose, however, there is still wide range to choose from. This time I am going to talk about the film that I used for a long time – Kodak Ektar 100.

Kodak is the largest film manufacturer. All Kodak film products are made in USA. From 2012 films are being made under authorization of Kodak Alaris company. This brunch of Kodak is specialized on films, photo papers, chemicals and equipment for analog photography and labs. As it was said by Kodak and some other independent specialists, Ektar 100 is the world finest grain, sharp and high color saturation film. This ISO 100 film has such competitors in the market as Agfa 100, Lomography 100, Fujifilm ISO 100 models. However, after some research I decided to agree with Kodak – Ektar 100 is the best color negative film that I ever seen. Ektar’s ISO number is 100 so it should be used mainly in bright places, but you can use it at evening time in good lighted areas. It should be developed in standart C-41 chemicals.
The price of this beautiful film is about 6-7 USD in US or 16-26 AZN depending on quantity in Azerbaijan. But the results you will achieve if used this film properly deserve its cost.

Comments